Hadisə

Bakıda binanın zirzəmisində yanğın olub, 10 nəfər təxliyə edilib

Bakıda binanın zirzəmisində yanğın olub, 10 nəfər təxliyə edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 8 m² sahədə məişət tullantıları yanıb.

“Yanğın zamanı 10 nəfər (5-i azyaşlı olmaqla) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə bildirilib.