Hadisə

Bakıda daha bir fəhlə ölümü – Cinayət işi açıldı

Bakıda daha bir fəhlə ölümü – Cinayət işi açıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 17 radələrində Nərimanov rayonu ərazisində inşaatı aparılan hündürmərtəbəli binada fəhlənin yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olıb.

7times.az xəbər verir ki, bu barədə Nərimanov Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, Nərimanov rayonu ərazisində “Təbriz” MTK tərəfindən inşa edilməkdə olan hündürmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar aparılan işlər zamanı fəhlə işləyən 1956-cı il təvəllüdlü Şahverdi Nurullayev həmin binanın 7-ci mərtəbəsində olarkən müvazinətini itirərək yıxılıb və nəticədə aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.