Bakıda dəhşətli hadisə baş verib. 13 yaşlı qızı anası onun qarın nahiyəsindəki ağrılara görə həkimə aparanda onun 18 həftəlik hamilə olduğu aydınlaşıb.
7Times.az Bizimyol.info-a istinadən xəbər verir ki, hadisə bu ilin fevralında paytaxtın Xətai rayonu ərazisində baş verib. Əvvəlcə xəstəxanada anaya uşağın hamilə olduğu deyilsə də, inanmayıb və uşağı qadın məsləhətxanasına aparıb. Orada da eyni sözü eşidib. Qadın məsləhətxanasından dərhal azyaşlının hamiləliyi barədə polisə məlumat verib. Ora gələn polislər ana-balanı izahat almaq üçün polis bölməsinə aparıb. Orada dindirmə zamanı 2007-ci il təvəllüdlü Ayan (ad şərtidir) ona kimsənin təcavüz etmədiyini, necə hamilə qaldığını özü də anlamadığını deyib.
Tibbi ekspertiza zamanı da uşağın bakirə olduğu, qızlıq pərdəsinin tamlığının pozulmadığı müəyyənləşdirilib.
Dindirmələrə uşağı valideynləri, o cümlədən anası, 37 yaşlı atası və 11 yaşlı qardaşı da cəlb olunub.
13 yaşlı uşağın üzərində qeysəriyyə əməliyyatı keçirilərək, bətnindəki 18-20 həftəlik döl çıxarılıb. Atalığın müəyyən olunması üçün DNT testi aparılıb. Genetik test nəticəsində uşaqla və 13 yaşlı qızın atası arasında uyğunluq aşkarlanıb.
“Nəticə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir”, – ekspertizanın rəyi belə olub.
1984-cü il təvəllüdlü Aydın (ad şərtidir) həbs olunub. Bizimyol.info-nun əldə etdiyi məlumata görə, o, istər istintaq, istərsə də məhkəmə dövründə qızına qarşı heç vaxt təcavüz, seksual xarakterli zorakılıq hərəkətləri etmədiyini, qızının ondan hamilə qalmasının mümkünsüz olduğunu bildirib.
Uşaq özü də ifadələrində atasının ona qarşı bu qəbildən hərəkətlər etmədiyini söyləyib. Anası da həyat yoldaşının övladına qarşı bu cür hərəkət edəcəyinə inanmadığını deyib. O bildirib ki, ailənin yeganə çörək gətirəni əri idi. O, Bakıda qida məhsullarının satıldığı ticarət mərkəzlərindən birində satıcı işləyir, qazandığını da ailəsinə gətirirdi. Hazırda əri həbsdə olduğundan başsız qaldığını deyən qadın, qızının da xəstə olduğunu onu müalicə etdirməyə imkanı olmadığını bildirib.
“Bizimyol.info”nun əldə etdiyi məlumata görə, 37 yaşlı kişinin hədəfə çevrilməsi təsadüfi olmayıb. Qızın 18-20 həftəlik hamilə olması üzə çıxan gün o, xəstəxanada onu müayinə edən həkimə atasından şikayətlənib.
“Onların maddi durumu həddindən artıq ağırdır, Əhmədli tərəfdə 1 otaqlı evdə yaşayırlar. Soyuducu, televizordan tutmuş, yatağa qədər hamısı o bir otağın içindədir. Onlar 4 nəfər (ata, ana və iki uşaq) yerdə yanaşı yatırlar. Uşaq həkimə deyib ki, bir axşam atası onu qucaqlayıb, paltarının yuxarı qalxdığını hiss edib. Həkim də bunu polislərə xəbər verib”,- mənbə bildirib.
Qız ifadəsində isə özündən 3 yaş kiçik olan qardaşından şikayətlənib. Deyib ki, yanaşı yatanda bir-iki dəfə qardaşı onu qucaqlayıb, zorakı hərəkətlər edib. Anası bundan xəbər tutanda qardaşını məzəmmət edib.
Uşağın bakirə ola-ola hamilə qalması bu işdəki müəmmaları artırsa da, rəy verən tibbi ekspert bunun mümkün olduğunu deyib.
37 yaşlı kişi Cinayət Məcəlləsinin 150.3.3 (seksual xarakterli zorakılıq, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsilə təqsirləndirilərək, 14 il azadlıqdan məhrum edilib.
Follow @7timesaz