Bakı şəhərinin Səbail rayonunda meyit aşkarlanıb.
7Times.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, sözügedən qurumun “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Xoxonov Vladimir Nikolayeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.
Follow @7timesaz