Bakıda xuliqanlıq hadisəsi baş verib.
Bu barədə 7times.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsinə sentyabrın 22-də Xocəsən qəsəbəsində yaşayan R.Süleymanovun evinə keçmiş həyat yoldaşının rayon İcra və Probasiya şöbəsinin əməkdaşları ilə birlikdə əşyalarını götürmək üçün gəlməsinə etiraz əlaməti olaraq xuliqanlıq zəminində tüfəngdən havaya və evin pəncərəsinə atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri ilə R.Süleymanov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan hadisədə istifadə etdiyi müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi götürülüb.
Follow @7timesaz