Ölkə

Bakıda falçı qadını ŞANTAJ EDİR – Görün, necə?

Bakıda falçı qadını ŞANTAJ EDİR – Görün, necə?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qadına qarşı dələduzluq edilib.

Daxili İşlər Nazirliyindən 7Times.az-a verilən məlumata görə, paytaxt sakini olan qadın 2021-ci il sentyabrın 19-da bir nəfər baxıcının onu aldadıb hesabına 1700 manat pul ödətdirməsini, sonradan pulunu geri istədikdə ailə şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib puldan imtina etməyi tələb etməsini bildirib. Bu barədə o, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciətində qeyd edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən paytaxt sakini L.Məmmədova müəyyən edilərək saxlanılıb.

Səbail rayon Polis İdarəsində araşdırma aparılır.