Bakıda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. Söhbət ötən gün Qaradağ rayonu ərazisində iki nəfərin ölümü, dörd nəfərin isə ağır yaralandığı qəzadan gedir.
Metbuat.az xəbər verir ki, yük avtomobilinin sürücüsü zəncirvari qəza törədib.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Toğrul Nəsirli “Xəzər Xəbər”ə deyib ki, axşam saatlarında baş verən hadisə zamanı iki yük maşının arasında qalan mikroavtobusdakı sərnişinlərdən 2-si dünyasını dəyişib.
Kadrları izləyən yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib ki, ən arxada olan yük maşınının sürücü sükan arxasında yatıb. Ekspert ehmal edir ki, əgər avtomobildə texniki nasazlıq olsaydı, sürücü sürücü qəzadan yayınmaq üçün müəyyən addımlar atardı.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minik avtomobillərinin sürücüləri maksimum 4, yük avtomobillərinin sürücüləri isə 2 saat fasiləsiz avtomobil idarə edə bilərlər.