Ölkə

Bakıda insanları güllələyənin kimliyi bilindi: Nicat Lənkəranski… – DETALLAR

Bakıda insanları güllələyənin kimliyi bilindi: Nicat Lənkəranski… – DETALLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə nəticəsində yaralananların təsadüfən oradan keçdiyi deyilir.

 

7Times.az  xəbər verir ki, bu barədə Globalinfo.az-a məlumat daxil olub.

 

İddia edilib ki, hadisədə yaralananlardan biri kuryerdir, digər ikisi isə o ərazidə olublar.

 

“Cinayəti törədən kriminal aləmdə Nicat Lənkəranski kimi tanınan şəxsdir”, – bildirilib.

 

Qeyd edək ki, Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub. Xəsarət alanlar – 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıblar.

 

Hələ ki, hadisəni törədən şəxsin kimliyi barədə rəsmi məlumat yoxdur.