Ölkə

Bakıda intim münasibət zamanı bədbəxt hadisə – Qadın xəstəxanaya düşdü

Bakıda intim münasibət zamanı bədbəxt hadisə – Qadın xəstəxanaya düşdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayonunda 1976-cı il təvəllüdlü Rəhim Rəhimov həyat yoldaşı Gülbənizə (adlar şərtdidir – red.) dəfələrlə işgəncə verib.

7Times.az  bildirir ki, bizim.media-nın əldə etdiyi məlumata görə, ilk hadisə 21 mart 2021-ci ildə, saat 17 radələrində baş verib. Rəhim arvadı Gülbənizlə aralarında ər-arvad münasibətlərindən yaranmış münaqişə zamanı onu döyüb.

Bundan bir neçə gün sonra Rəhim arvadından gəlin gələrkən alınan qızıl əşyalarını tələb edib. Gülbəniz halı pis olduğundan bir azdan verəcəyini deyib. Bu vaxt Rəhim stəkanı sındırıb və stəkanın sınmış kənarı ilə onun sol qoluna xəsarət yetirib. Sonra o, Gülbənizin saçından tutaraq çarpayıdan yerə çırpıb.

Ər arvadına niyə işgəncə verdi?

Daha sonra Rəhim Gülbənizi növbəti günlərdə bir neçə dəfə də döyərək, ona işgəncə verib. Sonuncu dəfə isə o, Gülbənizi barəsində polisə şikayət etdiyi üçün döyüb.

Həmin vaxt Rəhim Gülbənizin barəsində nalayiq ifadələr işlədib, qohum-əqrəba, iş kollektivi və dost-tanış içərisində rüsvay edəcəyini deyib.

İstintaq orqanı tərəfindən Rəhimin barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (işgəncə vermək) maddəsi ilə ittiham elan edilib.

“Guya kimlərlə münasibətimin olduğunu bildirdi”

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Gülbənizin sözlərinə görə, Rəhimlə 2003-cü ildə ailə qurub, həmin evlilikdən 2 övladları var. Onun sözlərinə görə, təxminən 2-3 ay münasibətləri normal olsa da, sonradan Rəhimin qısqanclıqla bağlı onu yalan ittihamlar edib, guya kimlərləsə münasibətinin olmasını bildirib.

Gülbəniz qeyd edib ki, Rəhim onu qeyri-təbii yolla cinsi əlaqələrdə olmağa məcbur edib və 2020-ci ilin dekabrında Rəhimin təcavüzü nəticəsində Caspian Hospitalda cərrahiyyə əməliyyatı da olunub.

Gülbənizin sözlərinə görə, Rəhimin hərəkətlərindən bezərək 2014-cü ildə boşanma ilə bağlı məhkəməyə müraciət edib, lakin Rəhimin valideynləri buna imkan verməyiblər. O da övladlarının xətrinə boşanmayıb.

“Məhkəməyə müraciət etdim, amma boşanmadım”

Zərərçəkmiş deyib ki, 2020-ci ilin oktyabrında Yasamal rayon məhkəməsinə nikahı pozmaqla bağlı yenidən ərizə ilə müraciət edib, amma yenə də ərinin valideynlərinin xahişi ilə boşanmaqdan imtina edib.

Gülbəniz bildirib ki, 2021-ci ilin martın 21-də Rəhim evə gəlib, onu təhqir edərək diz üstə çökdürüb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Zərərçəkmiş qeyd edib ki, ərinin bu hərəkətləri ona qarşı dəfələrlə törədilib.

“Məni döyməsini atası, anası görüb”

Gülbənizin sözlərinə görə, növbəti dəfə ərinin onu yenə də zorlayacağından qorxduğu üçün evdən qaçıb və Daxili İşlər Nazirliyinin 102 zidmətinə məlumat verib. Onun sözlərinə görə, həmin gün Rəhim onu tapıb və polisə izahat verə bilməyib.

Gülbəniz vurğulayıb ki, növbəti dəfə aprelin 19-da, saat 23 radələrində qonaq otağında olarkən onu təhqir edib, barəsində şikayət etdiyinə görə yenidən onu əlləri ilə döyüb, boğmağa başlayıb. Bu hadisəni Rəhimin evdə olan ana və atası da görüb.

“Qızılları gizlədib”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, Gülbəniz ilə ilk vaxtlar münasibətləri normal olsa da, sonradan ailədaxili münaqişələrdən münasibətləri pisləşib:

“Buna səbəb Gülbənizin ailə daxili söz-söhbətləri başqa şəxslər arasında yayması olub. Gülbəniz toyda valideynlərim tərəfindən ona bağışlanmış qızılları evdən apararaq gizlədib. Ondan qızıllar barədə soruşduqda, qızılların guya valideynlərim tərəfindən oğurlanmasını bildirib Lakin müəyyənləşib ki, Gülbəniz yalan danışır. Bu məsələlərə görə Gülbənizlə münasibətimiz korlandı”.

“Çarpayıdan yerə yıxdım”

Rəhim qeyd edib ki, martın 23-də yenə də Gülbənizdən qızılların harada olmasını soruşub: “Gülbəniz guya özünü pis hiss etdiyini dedi, qızılları verməkdən imtina etdi. Düşündüm ki, Gülbəniz yenə də qızılları oğurlayıb.

Bundan əsəbləşərək əlim ilə Gülbənizin qulağından dartaraq çarpayıdan qaldırmaq istədim. Bu zaman o çarpayıdan yerə yıxıldı. Həmin vaxt Gülbəniz qulaq nahiyəsindən xəsarət aldı.

Rəhim qeyd edib ki, Gülbənizlə heç vaxt onunla qeyri-təbii yolla cinsi əlaqədə olmayıb.

Yasamal rayon Məhkəməsinin hökmü ilə Rəhim 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Onun  barəsində Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilib. O, təyin olunan cəzadan azad edilib.

Rəhimin barəsində olan hökmün ləğv olunması üçün prokuror tərəfindən protest verilib. Həmçinin zərərçəkmiş Gülbəniz də təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəmənin hökmü ləğv olunub və Rəhim 1 il müddətinə azadlıqdan məhrum edilib.

Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.

Bu qərardan narazı qalan prokuror kassasiya protesti verib. Prokuror təqsirləndirilən şəxsin barəsində daha ağır cəzanın verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apellyasiya instansiyasında araşdırılmasını istəyib. Ali Məhkəmənin qərarı ilə protest təmin olunmayıb.