Hadisə

Bakıda intim videoları ilə şantaj edildiyi üçün özünü binadan atan qızla bağlı RƏSMİ AÇIQLAMA

Bakıda intim videoları ilə şantaj edildiyi üçün özünü binadan atan qızla bağlı RƏSMİ AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın çoxmərtəbəli yaşayış binasından özünü ataraq intihar etməsi barədə məlumatlar yayılıb.
Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, noyabrın 27-si saat 15:00 radələrində Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, 19 yaşlı Fidan Niftəliyeva açıq-saçıq videoları ilə şantaj edilirmiş. Məlumata görə, “18+” kateqoriyasından olan videolar sosial şəbəkələrin birinin qrupunda paylaşılıb.