Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb.
Bu barədə 7times.az-a Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.
***
Paytaxtın Həsən Əliyev küçəsində yaşayış binasının üstünə kran aşıb.
7times.az xəbər verir ki, ASAN Radionun ilkin məlumatına görə, hadisə zamanı bir nəfər yaralanıb. Kran yaşayış binasının və maşınların üstünə aşıb. Nəticədə yaşayış binasına və 6-7 maşına ziyan dəyib.
Xəbər yenilənəcək.
Follow @7timesaz