Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
7times.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Yolu keçən 1968-ci il təvəllüdlü Nəcəfova Xatun Müslüm qızını avtomobil vurub. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol topuğun sınığı diaqnozu qoyulub.
X.Nəcəfovanın dediyinə görə, onu kürəkəni avtomobillə vurub.
Follow @7timesaz