Hadisə

Bakıda moteldə ər arvadını amansızlıqla qətlə yetirdi

Bakıda moteldə ər arvadını amansızlıqla qətlə yetirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 3-də saat 02 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Salt” motelində Binəqədi rayon sakini Şəhanə Şamilovanın icarəyə götürülmüş otaqda bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə 7times.az-a Binəqədi rayon prokurorluğundan məlumat verilib.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Aparılmış istintaqla zərərçəkmişin əri Murad Şamilovun qeyd edilən moteldə icarəyə götürdükləri otaqda şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Şəhanə Şamilovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Murad Şamilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.