Ölkə

Bakıda neft quyularından 600 min dollarlıq oğurluq edildi

Bakıda neft quyularından 600 min dollarlıq oğurluq edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda neft quyularından külli miqdarda məbləğdə mühərrik və generatorun hissələrini oğurlayan 3 nəfər saxlanılıb.

DİN Mətbuat xidmətindən 7Times.az-a verilən məlumata görə, avqustun 31-də rayon ərazisindəki MMC-lərdən birinə məxsus neft quyularından 591 900 ABŞ dolları dəyərində mühərrik və generatorun hissələri oğurlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən Salyan rayon sakinləri K.Kərimov, Ş.Babaşov və Bakı şəhər sakini Y.Rüstəmov saxlanılıblar.