Ölkə

Bakıda “Nərimanov” metrostansiyasının yaxınlığında ticarət obyektlərində yanğın söndürülüb – YENİLƏNİB – 4 – FOTO – VİDEO

Bakıda “Nərimanov” metrostansiyasının yaxınlığında ticarət obyektlərində yanğın söndürülüb – YENİLƏNİB – 4 – FOTO – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mertonun “Nərimanov” stansiyasının yaxınlığındakı ticarət obyektlərində baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Nazirlikdən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq saat 10:24-də söndürülüb. İlkin hesablamalara əsasən, təqribən 300 kv.m sahədə müxtəlif təyinatlı ticarət obyektləri yanıb. Bitişik ictimai-iaşə, o cümlədən ticarət obyektləri və yaşayış binaları yanğından mühafizə olunub.