Ölkə

Bakıda oğurluq edən şəxs saxlanıldı – RƏSMİ

Bakıda oğurluq edən şəxs saxlanıldı – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda hosteldən oğurluq edən şəxs saxlanılıb.

 

Bu barədə 7Times.az -a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

 

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 7-də rayon ərazisindəki hostellərin birindən 1080 manat pul, noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nurani Atakişiyev müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.