Hadisə

Bakıda ölümlə nəticələnən qəza baş verdi

Bakıda ölümlə nəticələnən qəza baş verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Suraxanı rayonunda yol qəzası baş verib.

7Times.az APA-ya istinadla xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Əhmədov Eldəniz Umud oğlu idarə etdiyi “VAZ” markalı avtomobildə sükana nəzarəti itirib.

Nəticədə maşın aşıb.

Qəza zamanı E.Əhmədov və hələlik şəxsiyyəti bilinməyən sərnişin hadisə yerində ölüb.

Digər sərnişin 1967-ci il təvəllüdlü Qurbanov Oqtay Süleyman oğlu ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.