Hadisə

DİN dilənçi “qazi” ilə bağlı məlumat yaydı – VİDEO (YENİLƏNİB)

DİN dilənçi “qazi” ilə bağlı məlumat yaydı – VİDEO (YENİLƏNİB)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Yasamal rayonunda qazi adı ilə vətəndaşlara yaxınlaşaraq insanlardan pul istəyən şəxs saxlanılıb. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı bu əməli törətməkdə şübhəli bilinən vətəndaş Elbrus Hüseynov tutulub. Polis Bölməsində araşdırma aparılan zaman onun ümumiyyətlə heç bir hərbi əməliyyatda iştirak etmədiyi məlum olub.

DİN-nin Mətbuat xidmətindən 7times.aza verilən məlumata görə, Elbrus Hüseynov qolundakı tibbi sarğıya baxış zamanı zədə və yaralanma əlamətləri də aşkar edilməyib. Qəsdən insanları aldatmaq və guya Vətən Müharibəsi qazisi görüntüsü yaratmaq üçün qolunu sarıyan  Elbrus Hüseynov barəsində 26-ci Polis Bölməsində  araşdırmalar davam etdirilir.

13:23

Paytaxtın Yasamal rayonunda qazi adı ilə dilənən şəxsi saxlanılıb.

7times.az xəbər verir ki, Vətən müharibəsində iştirak etdiyini deyən hərbi formalı şəxs qollarını bintlə bağlayaraq döyüşlərdə yaralandığını deyərək dələduzluqla məşğul olub.

Polis tərəfindən keçirilən əməliyyatla həmin şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Bakıda özünü qazi kimi təqdim edibdilənçilik edən şəxs tutuldu