Bu gün partlayış nəticəsində kondisioner ustası ölüb.
7times xəbər verir ki, bu barədə Sabunçu Rayon Prokurorluğu məlumat yayıb.
Məlumatda bildirilir:
“Noyabrın 19-da paytaxtın Sabunçu rayonu ərazisində Xasmət Xadıyevin təmir işləri görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, rayonun Bakıxanov qəsəbəsində yerləşən Elektrik avadanlıqları dükana məxsus binanın damında kondisioner mühərrikinin təmir işlərini görərkən qaz-kislorod balonunun partlaması nəticəsində hündürlükdən yerə yıxılaraq ölüb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir”
12:56
Bakıda ölümlə nəticələnən partlayış baş verib.
Hadisə Bakıxanov qəsəbəsi, Sakit Qocayev 97 ünvanında yerləşən elektrik malları mağazasında qeydə alınıb.
Şahidlərin bildirdiyinə görə, mağazada yerləşən kondisioneri təmir etməyə gələn usta oksigen balonunun partlaması nəticəsində həyatını itirib. Partlayış nəticəsində ətrafda yerləşən mənzillərin pəncərələri qırılıb.
Faktla bağlı araşdırma aparılır..Oxu.Az
Follow @7timesaz