Hadisə

Bakıda polislə vətəndaşlar arasında mübahisə yarandı – RƏSMİ AÇIQLAMA

Bakıda polislə vətəndaşlar arasında mübahisə yarandı – RƏSMİ AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayonunda yol polisi ilə sürücü arasında yaranan mübahisə ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar ziddiyyətlidir, qərəzlidir. 

7times.az-ın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Unikal.org-a bildirib ki, aprelin 25-də paytaxtın “Şamaxinka” kimi tanınan ərazisində “Mersedes” markalı  90-RN-261 dövlət qeydiyyat nişanlı avtomobil davamlı olaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisi tərəfindən “Saxla” işarəsi verilib. Polisin qanunu tələblərinə məhəl qoymayan 51 yaşlı Miradəm Nağıyevin idarə etdiyi avtomobil əraziyə çağırılan əlavə naryad qrupu tərəfindən yaradılan süni tıxacla dayandırılıb. Avtomobili tərk edərək qaçmağa cəhd göstərən sürücü saxlanılaraq Yasamal RPİ 29-cu Polis Şöbəsinə təhvil verilib.

V.Əsədov əlavə edib ki, sürücü qanunsuz əməlindən polisi yayındırmaq üçün bədən xəsarəti alması ilə bağlı təcili yardıma zəng vurub. Qeyd edilən iddiaların təfərrütlarının araşdırılıması ilə bağlı ekspertiza təyin edilib. Hazırda polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.