Ölkə

Bakıda qadın əlində körpəsi ilə maşına hücum çəkdi – VİDEO

Bakıda qadın əlində körpəsi ilə maşına hücum çəkdi – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda sürücülərdən biri avtomobildə hücuma məruz qalıb.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdən məlum olur ki, maşından düşən iki qadın və iki kişi digər sürücü ilə mübahisə edir.

Daha sonra körpəsi qucağında olan qadın mübahisə etdikləri sürücünün avtomobilinə təpik vurub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov BAKU.WS-ə bildirib ki, sosial şəbəkədə yayılan videodan xəbərdardır: “Qeyd olunan hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır”.