Hadisə

Bakıda qadın sürücü piyadanı vuraraq öldürdü

Bakıda qadın sürücü piyadanı vuraraq öldürdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 9-da saat 18:45 radələrində Nəsimi rayonu Rəşid Behbudov küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 7Times.az -a verilən məlumata görə, sürücü Sabina Hacıyeva idarə etdiyi “Hunday” markalı avtomobillə 50-60 yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Araşdırma aparılır.