Bakıda aptekdən oğurluq edilib.
7Times.az Oxu24.com-a istinadən xəbər verir ki, şəhər ərazisində yerləşən apteklərin birində oğurluq hadisəsi baş verib. Belə ki, aptekə daxil olan gənc oğlan və qız başqa müştərinin istədiklərini hazırlayan satıcının başının qarışıqlığından istifadə edərək bir neçə dərman oğurlayaraq çantasına qoyub.
Hadisə aptekdə quraşdırılan təhlükəsizlik kamerası vasitəsilə lentə alınıb.