Ölkə

Bakıda ŞOK OLAY – xanım hüquqşünasın lüks avtomobili PARTLADI

Bakıda ŞOK OLAY – xanım hüquqşünasın lüks avtomobili PARTLADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Binəqədi Rayon Məhkəməsində qaçırdığı bahalı avtomobillə qəza törədən və maçının partlayaraq yanmasına səbəb olan Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Əlican Qurbanovun məhkəməsi başa çatıb.

News24.az-ın  etdiyi məlumata görə, hadisənin gecə saat 04 radələrində Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 226 saylı binanın duracağında olan və banklardan birində hüquqşünas kimi çalışan S.A- ya məxsus “BMW-X6” markalı avtomobilin qaçırıldığı məlum olub.
Belə ki, xanım hüquqşünas avtomobilini həyətdə park etdikdən sonra açarı binanın mühafizçisi Murad adlı şəxsə təhvil verib və o da açarları otağına qoyub. Bundan sonra həyətdəki avtoyuma məntəqəsində yuyucu işləyən Əlican sərxoş halda gecə saat 4-də oraya gəlib və avtomobilinin açarını götürüb və maşını sürərək ordan uzaqlaşıb. Səhər saat 6-da o, maşını yüksək sürətlə idarə edərkən Bakı Beynəlxalq Avtovağzalının qarşısında qəza törədib. Nəticədə avtomobil partlayaraq yanıb. Hadisə zamanı avtomobilə ümumilikdə 40 min manat ziyan dəyib və tamamilə yararsız hala düşüb.
Sonradan məlum olub ki, bahalı avtomobil lizinq obyektidir. Belə ki, xanım hüquqşünas işlədiyi banka ödəniş edərək maşını kreditlə əldə edib.
Hadisdən dərhal sonra Əlican Qurbanov həbs edilib. Barəsində Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 185.2.4-ci (Talama məqsədi olmadan avtomobil qaçırma – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə iş açılıb. İşin materialları bir neçə gün əvvəl Binəqədi rayon Məhkəməsinə göndərilib.
Hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə Əlican törətdiyi əməli etiraf edib. O, vurmuş olduğu 40 min manatlıq ziyanı ödəmək imkanının olmadığını deyib: “Maşının sahibi olan xanımı bir ilə yaxındır tanıyıram. Yaşadığım və işlədiyim binanın sakinidir. O, “BMW-X6”-ni  həmişə mənə yuduzdururdu. Həmin gecə içkili idim və mühafizə otağında oturmuşdum. Bu zaman o, maşınla gəldi və binanın qabağında dayandı, aşağı düşüb açarı mənə verdi ki, maşınını duracaqda saxlayım. Mən də maşını park edib açarı mühafizəçi Muradın otağına qoydum. Sonra gəlib maşını yumaq adı ilə açarları götürdüm. Fikirləşdim ki, bir az sürüb sonra gətirib yerinə qoyaram. Maşınla “20 Yanvar” metrostansiysasına, oradan da Bakı-Sumqayıt yoluna çıxdım, Sumqayıta tərəf getdim. Təxminən saat 06:40-da həmin yolda DYPİ-nin əməkdaşları mənə “saxla” işarəsi verdilər, amma sərxoş olduğumdan, həmçinin avtomobili idarə etmək üçün sənədlərim olmadığına görə saxlamadım, əksinə, sürəti artırdım və nəticədə Beynalxalq Avtovağzalın yaxınlığında idarəetməni itirdim.
Avtomobili yoldan çıxdı və qəza törətdim, müxtəlif bədən xəsarətləri aldım. Hadisə yerinə gələn polislər məni maşından çıxarıb xəstəxanaya apardılar. Törətdiyim cinayət əməlindən peşmanam. Vurduğum maddi ziyanı ödəməyə imkanım da yoxdur”.
Qeyd edək ki, hadisə vaxtı yanan «BMW-X6»ya 40 min manat ziyan dəyib. Həmçinin DYP-yə məxsus xidməti avtomobilə və yol kənarından keçən “Toyota Carolla” markalı avtomobillərə də xeyli ziyan dəyib.
Məhkəmədə zərərçəkmiş tərəf Əlican Qurbanovun əməlinə görə onlara böyük ziyan dəydiyini bildirib və ondan şikayətçi olub.
Binəqədi rayon Məhkəməsinin 8 may 2023-cü il tarixli  hökmü ilə Əlican Qurbanov 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.