Ölkə

Bakıda sürücünün yanaraq öldüyü qəzanın VİDEOSU

Bakıda sürücünün yanaraq öldüyü qəzanın VİDEOSUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən gecə Bakının Binəqədi rayonunda 3 avtomobilin yanması ilə nəticələnən qəzada ölən şəxsin kimliyi məlum olub.

7Times.az  xəbər verir ki, hadisə vaxtı 1992-ci il təvəllüdlü Namiq Həşimovun idarə etdiyi “Mercedes” Binəqədi-Balaxanı yolunda əks istiqamətdə hərəkətdə olan və 1978-ci il təvəllüdlü Anar Qəzənfər oğlu İbrahimovun sürdüyü “Vaz-2105” markalı avtomobilin qarşısına çıxaraq onunla toqquşub. Bu zaman “Vaz-2105”in arxasından gələn və 2003-cü il təvəllüdlü Elvin Abbassoyun sürdüyü digər “Mercedes” də ona çırpılıb.

Nəticədə hər 3 avtomobili alov bürüyüb. N.Həşimov və digər “Mercedes”i sürən Elvin Abbasoyu hadisə şahidlərinin köməkliyi ilə maşından çıxarıb xilas etmək mümkün olsa da, İbrahimov Anar Qəzənfər oğlu aşan avtomobilinin salonunda yanaraq vəfat edib.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik:

Sfera.az