Hadisə

Bakıda taksi qatarla toqquşdu: Ölən və yaralanan var

Bakıda taksi qatarla toqquşdu: Ölən və yaralanan varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qala qəsəbəsində qeydə alınıb.

Belə ki, Rəfiyev Şəmistan Zəkəriyya oğlu taksi kimi fəliyyət göstərdiyi avtomobillə nizamlanan dəmiryol keçidindən keçərkən teplavozla toqquşub.

Nəticədə sürücü ağır xəsarət alıb.

Avtomobildə olan sərnişin, 1990-cı il təvəllüdlü Aytəkin Sahib qızı Əşrəfova qəza nəticəsində aldığı xəsarətlərdən ölüb.

Hazırda fakt üzrə araşdırma aparılır.