Bakıda ötən gün taksi sifariş edən qadın xoşagəlməz hadisə ilə qarşılaşıb.
Milli.Az xəbər verir ki, Amira Novruzlu adlı qadın başına gələn türkürpədici hadisə barədə sosial şəbəkə hesabında məlumat verib:
“Azərbaycan polisinə həyatımızı qurtardığı üçün minnətdaram. Bilmədən narkotik istifadəçisi olan taksi sürücüsünün maşınına mindik. “20 Yanvar”da uyub qəza etdi. Qucağımda pişiyin daşıma qabı olmasaydı ciddi zədə alacaqdım, yüngül zədə ilə qurtulduq. Polisin “saxla” əmrinə tabe olmadı, maşında uşaq olmağına baxmayaraq sürəti artırdı. Polis qarşısını kəsib, saxlayıb, müdaxilə edib adamı aşağı düşürdü. Qayıdıb mən oturduğum tərəfdən maşından bıçaq çıxarmağa çalışdı. Orada polis cəld tərpənib qolunu qapının arasında sıxdı. Hadisələr o qədər sürətlə baş verirdi ki, əvvəl adamın mənim üstümdən əlini uzadıb bıçaq çıxarmasını da anlamadım. Fikrim Selcanın (qızı) qorxmasının yanında qalmışdı. Adamı (narkotikin təsiri altında olan taksi sürücüsünü) 1 dəqiqədə “poketləyib” apardılar”.
Follow @7timesaz