Hadisə

Bakıda yardım üçün yığılan pullar oğurlandı

Bakıda yardım üçün yığılan pullar oğurlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda köşkün qarşısında içərisində yardım üçün yığılan pulları oğurlayan şəxs tutulub.

7times.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə Q.Qarayev prospektindəki köşklərin birinin qarşısından içərisində yardım üçün yığılan 350 manat pul olan qutunun oğurlanması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini O.İbrahimov müəyyən edilərək saxlanılıb.