Bakının Xətai rayonunda 42 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
7Times.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Fərəcov Zamiq Təvəkkül oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Follow @7timesaz