Ölkə

Bakıdakı dəhşətli intiharın görüntüləri yayıldı – YENİLƏNİB (VİDEO)

Bakıdakı dəhşətli intiharın görüntüləri yayıldı – YENİLƏNİB (VİDEO)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 17 yaşlı məktəbli qızın intiharının görüntüləri yayılıb.

7Times.az xəbər verir ki, görüntülər yaşayış binasının təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Sürətlə yerə doğru gələn qızı kişi tutmaq istəsə də nəticədə özü də ağır bədən xəsarətləri alıb. Qız isə hadisə yerindəcə ölüb.

xxx

14:32

Bu gün Bakının Xətai rayonunda məktəbli qız intihar edib.

7Times.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Q.Məmmədov küçəsində yerləşən çoxmərtəbəli binada 02.05.2005-ci il təvəllüdlü Xumar Babayeva özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb.

Nəticədə o, binanın qarşısında dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb. 17 yaşlı Xumar aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Zahidov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.