Keçmiş “Bakılı oğlanlar” komandasının üzvləri bir araya gəliblər.
“Gənclik illərində “Bakılı oğlanlar” KVN komandası Yeni ili valideynləri ilə birlikdə qeyd edirdi. Saat 12.00-dan sonra sevimli analarımızı və atalarımızı öpüb, hamımız təyin olunmuş yerə gəlirdik və bayramı şən qeyd edirdik. Sonra ənənəyə uyğun olaraq yanvarın 1-də Anar Məmmədxanovun yanına gəlirdik, yanvarın 2-də isə Timur Vaynşteynin evinə toplaşırdıq. Beləliklə, uzun illər bunu yaşadıq – bayramın üç günü… Amma gənclik keçdi və onu təkrarlamaq mümkün deyil. İndi hər il yeni ilimiz üçün yeni bir formatla qarşılaşırıq. Bu il uşaqlar planetin müxtəlif yerlərindən – Moskvadan, İsraildən, uzaq və çox da uzaq olmayan digər ölkələrdən gəldilər. Toplanma yeri isə mənim doğma, sevimli şəhərim Bakıdır. Otururub bayram edirik – böyüyən uşaqlarla, hətta nəvələrlə. Amma bizim nəvələrimiz olsa da, biz “Bakılı oğlanlar” olmuşuq, varıq və olacağıq”.
Follow @7timesaz