Ölkə

Bakının 6 nömrəli məktəbində nə baş verir? Dəfələrlə cinsi seksual hərəkətlərə… – RƏSMİ/VİDEO

Bakının 6 nömrəli məktəbində nə baş verir? Dəfələrlə cinsi seksual hərəkətlərə… – RƏSMİ/VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə iddia olunur ki, Bakının 6 nömrəli məktəbinin 2-ci sinif şagirdi həmin məktəbin 7-ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi seksual hərəkətlərə məruz qalıb.

BAKU.TV-nin çəkiliş qrupu məktəbdə olaraq reallıqda məsələnin nə yerdə olduğunu müəyyənləşdirib.

Baş verənlərlə bağlı cinsi seksual hərəkətlərə məruz qaldığı deyilən məktəblinin valideyni iddia edir ki, məktəb rəhbərliyi məsələni həll etməyə çalışır.

Sözügedən məktəbin direktoru Gülşən Orucova isə bildirib ki, 7-ci sinif şagirdi 2-ci sinif şagirdinə mobil telefonda əxlaqsız əxlaqsız video göstərib. Bu həmin videoya baxan uşağa psixoloji olaraq pis təsir edib.

Hadisə məlum olandan sonra, 7-ci sinif şagirdi öz valideyninin istəyi ilə başqa məktəbə köçürülüb.

“Uşaq həm həkim, həm də psixoloq tərəfindən müayinə olunub. Uşaqda təşviş, stresdən sonrakı vəziyyət, qorxu simptomları aşkar etdik”, – Baku TV-yə açıqlamasında Psixi Sağlamlıq Məkəzinin direktor müavini Gülnarə Musabəyova deyib.

Daha ətraflı süjetdə: