Ölkə

Bakının mərkəzində 3 avtomobil və avtobus toqquşdu – FOTO

Bakının mərkəzində 3 avtomobil və avtobus toqquşdu -FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının mərkəzində zəncirvari yol qəzası baş verib.

7times.az xəbər verir ki, qəza Neftçilər və Bülbül prospektlərinin kəsişməsində qeydə alınıb.

Qəza  “BakuBus”a məxsus 125 saylı avtobus, “Opel”, “Toyota Prius” və “Mercedes” markalı maşınların iştirakı ilə baş verib. Ötmə əməliyyatını düzgün icra etməyən “Opel” markalı avtomobil əvvəlcə avtobusa, daha sonra yol kənarında park edilmiş digər minik avtomobillərinə dəyib.

Hadisə nəticəsində xəsarət alan yoxdur. Əraziyə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.