Hadisə

Balakəndə maşın YANIB

Balakəndə maşın YANIBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balakəndə minik avtomobili yanıb. 

7Times.az apa-ya istinadən xəbər verir ki, yanğın hadisəsi bu gün günorta saatlarında rayonun Talalar kəndində baş verib.

Kənd sakini Həsrətəli Əsəbəli oğlu Ömərovun yaşadığı evin həyətyanı sahəsində olan və ona məxsus “VAZ-2106” markalı minik avtomobilində qəfildən yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.