Dünya

Baltik dənizinin şimalında NATO-nun genişmiqyaslı hərbi dəniz təlimləri başlayır

Baltik dənizinin şimalında NATO-nun genişmiqyaslı hərbi dəniz təlimləri başlayırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Latviya və Estoniya sahillərində NATO-nun “Northern Coasts 2023” hərbi dəniz təlimləri başlayır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə sentyabrın 23-dək baş tutacaq təlimlərə komandanlıq edəcək Almaniya Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.

Təlimlərə 14 ölkədən 3 200-ə yaxın hərbçi, 30 gəmi və sualtı qayıq və 15-ə qədər təyyarə cəlb olunacaq.

Almaniya HDQ-nin baş komandanı, vitse-admiral Yan Kristian Kaak bildirib ki, təlimlər çərçivəsində bölgədə Rusiyanın mümkün hücumunu dəf etmək üçün birgə hərəkətlər tətbiq olunacaq. Xatırladaq ki, Kaak sentyabrın əvvəlində “Rusiyaya ehtiyatı əldən vermədiyimizin açıq siqnalını göndəririk” demiş və etibarlı çəkindirmənin özündə həm də hücum etmək qabiliyyətini əhatə etməli olduğunu vurğulamışdı.

Təlimlər çərçivəsində Latviya və Estoniyanın sahilyanı rayonlarında təlim desant əməliyyatları və yerüstü hədəflərə gəmi zərbələri, eləcə də Baltik dənizində dəniz marşrutlarının təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, dünən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “LPD-19 Mesa Verde” desant-helikopter gəmisi 800 nəfərlik amerikalı dəniz piyadaları ilə Latviyanın paytaxtı Riqaya gəlib.

Təlimlərə Almaniya, ABŞ, Polşa, Estoniya, Latviya, Litva, Danimarka, Finlandiya, Fransa, İtaliya, Niderland, Belçika, Kanada və İsveçin hərbi-dəniz qüvvələri cəlb olunub.