Latviya Rusiya diplomatını ölkədən çıxarır.
7times.az xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rus diplomatın ölkədən çıxarılmasına dair qərar Çexiya ilə həmrəylik nümayişi məqsədilə verilib.
Xatırladaq ki, bir müddət əvvəl Çexiya 18 rus diplomatı kəşfiyyatla əlaqədə ittiham edərək ölkədən çıxarmasına qərar vermişdi. Bu addıma cavab olaraq isə Rusiya 20 çex diplomatın ölkədən çıxarılmasına qərar verdiyini açıqlamışdı.
***
Üç Baltikyanı ölkənin rəhbərliyi ümumilikdə dörd rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib. Bu barədə “Bloomberg” nəşri məlumat verib.
Nəşrin yazdığına görə, Litva iki, Latviya və Estoniya ayrılıqda bir rus diplomatı ölkədən çıxaracaq. Bu qərar Baltikyanı ölkələr tərəfindən Rusiya ilə Çexiya arasındakı münasibətlərin kəskinləşməsi fonunda qəbul edilib. qafqazinfo.az
Follow @7timesaz