Dünya

Barak Obamanın aşpazı öldü

Barak Obamanın aşpazı öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obamanın aşpazı Tafari Kempbell göldə ölü tapılıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Massaçusets polisi 45 yaşlı aşpazın bazar günü axşam saatlarında avarda gəzinti etmək üçün adadakı gölə gəlib və itkin düşüb.
Xəbərdən sonra bölgəyə gələn dalğıcların axtarış-xilasetmə işləri nəticəsində Camphellin cansız cəsədinin dünən səhər Edqartaun gölündə tapıldığını bildirib.
Tafari Kempbellin boğularaq öldüyünü deyən polis bir hadisə şahidinin “Campbell suya girdi və suda qalmaq üçün mübarizə apardı, lakin bir müddət sonra batdı və sudan çıxa bilmədi” dediyini bildirib.
Qeyd edək ki, Kempbell 8 il Obama cütlüyünün aşpazı olub.