“Barbie” filmi 2023-cü ilin ən yaxşı açılış edən ekran işi olub.
7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 iyuldan nümayiş olunan və baş rollarında Margot Robbie və Ryan Goslingin rol aldığı film ABŞ-də 155 milyon dollar gəlir əldə edib.
Film dünya üzrə 3 gündə 337 milyon dollar gəlir toplayıb.
Rejissor Qreta Qerviqin “Barbie” filmi onunla eyni gündə açılış edən və atom bombasının yaradılmasından bəhs edən Kristofer Nolanın “Oppenheimer” filmini də geridə qoyub.
Follow @7timesaz