“Fənərbağça”nın gənc yarımmüdafiəçisi Arda Gülər karyerasını İspaniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı “Mundo Deportivo” yayıb.
Xəbərə görə, “Barselona”nın idman direktoru Deku Super Liqa təmsilçisi ilə 18 yaşlı oyunçunun keçidini razılaşdırıb. Mənbə Kataloniya təmsilçisinin “Fənərbağça”ya 17,5 milyon avro ödəyəcəyini vurğulayıb. Razılaşmaya rəğmən, “Gənclərbirliyi”nin yetirməsinin daha bir mövsüm Türkiyədə oynaya biləcəyi də diqqətə çatdırılıb.
Qeyd edək ki, Arda Gülər Türkiyə millisində də 4 oyun keçirməyə imkan tapıb.
Follow @7timesaz