“Barselona” klubu “Everton”un yarımmüdafiəçisi Amadu Onanla maraqlanır.
Fanat.Az xəbər verir ki, informasiyanı İspaniyanın “Fichajes” nəşri yayıb.
Mənbənin məlumatına görə, kataloniyalılar İngiltərə Premyer Liqasında “Everton”dan 10 xal alınmasından yararlanmaq istəyir. Onlar hesab edirlər ki, bu vəziyyət mersisaydlıları 22 yaşlı futbolçunu satmağa məcbur edə bilər.
Amadu Onana bu mövsüm “Everton”da 14 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalı Belçika millisinin futbolçusunun (9 oyun) dəyərini 50 milyon avro qiymətləndirir.
Follow @7timesaz