İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasının tarixinə düşüb.
7Times.az “Opta”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi buna evdə “Napoli”yə 3:1 hesabı ilə qalib gəldikləri 1/8 final mərhələsinin cavab oyununda nail olub.
Hazırkı ölkə çempionu qarşılaşmanın ilk dəqiqələrində 16 yaşlı Lamin Yamal və 17 yaşlı Pau Kubarsi star heyətində meydana buraxıb.
Turnir tarixində heç bir klub indiyədək 18 yaşına çatmamış birdən çox futbolçunu ilk “11-lik”də meydana buraxmayıb.
Qeyd edək ki, rəqibini 3:1 hesabı ilə məğlub edən “Barselona” 1/4 finala vəsiqə qazanıb. Neapoldakı ilk görüşdə heç-heçə qeydə alınıb – 1:1.
Follow @7timesaz