İdman

“Barselona”dan Arda Gülər AÇIQLAMASI

“Barselona”dan Arda Gülər AÇIQLAMASIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Barselona” klubunun prezidenti Joan Laporta transferlər barədə danışıb.

Cebhe.info xəbər verir ki, o, Türkiyənin “Fənərbağça” klubunun gənc futbolçusu Arda Güləri transfer etmək istədiklərini açıqlayıb.
“Barsa” prezidenti 18 yaşlı futbolçunu transfer etmək üçün çalışdıqlarını bildirib:

“Arda Gülər çox istedadlı futbolçudur. Onu transfer etmək üçün çalışırıq. Skaut şöbəmiz Ardanı uzun müddətdir izləyirdi. Onunla yaxından maraqlınırıq. Deko da bu transferə görə İstanbuldadır”.

Qeyd edək ki, Arda Gülər ötən mövsüm “Fənərbağça” ilə meydana çıxdığı 35 matçda 6 qol atıb, 7 məhsuldar ötürmə edib.