“Barselona” argentinalı hücumçu Lionel Messi ilə müqavilə imzalamaq üçün son cəhdini edib.
7Times.az “La Porteria”ya istinadən xəbər verir ki, Kataloniya klubunun baş direktoru Ferran Reverter futbolçu ilə danışıqlar aparıb və ona klubda qalmaq üçün yeni təklif verib.
Qeyd edək ki, avqustun 5-i Kataloniya təmsilçisi Messi ilə müqaviləsini yeniləməyəcəyini açıqlayıb. Bunun səbəbi İspaniya liqasının nizamnaməsində yazılan maliyyə və struktur maneələridir. 34 yaşlı oyunçunun PSJ-yə keçməyə yaxın olduğu bildirilir.
Follow @7timesaz