İdman

“Barselona” ilə adı hallanan müdafiəçi “Bayern”dən getmək istəyir

“Barselona” ilə adı hallanan müdafiəçi “Bayern”dən getmək istəyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bayern”in (Münhen) və Fransa millisinin müdafiəçisi Benjamin Pavar “Barselona” ilə mümkün transfer barədə danışıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb. Bir müddət əvvəl futbolçu Almaniya klubu ilə müqaviləsini yeniləmək fikrində olmadığını, 2023-cü ilin yayında başqa komandaya keçmək istədiyini demişdi. Müdafiəçinin “Bayern” ilə hazırkı sözləşməsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Almaniya klubunun rəhbərliyi təklif olarsa, Pavarı bu yay buraxmağa hazır olduğunu bildirib.

Vurğulanıb ki, o, hazırda bazarı öyrənir. “Barselona” da Pavarı heyətinə qatmağı düşünür.

Qeyd edək ki, Pavar 2019-cu ildən “Bayern”də çıxış edir. 26 yaşlı fransalı futbolçu bu mövsüm “Bayern”in heyətində 21 matçda 4 qol vurub. 2022-ci il dünya çempionatında o, Fransa – Avstraliya matçında (4:1) 89 dəqiqə oynayıb, qalan bütün oyunları ehtiyatda keçirib.