Kataloniya klubları “Barselona” və “Jirona”nın futbolçularına ev oyunlarından sonra yuyunmaq qadağan olunacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı “El Pais” yayıb.
Mənbənin məlumatına görə, buna səbəb şiddətli quraqlıq səbəbindən su qıtlığıdır. Hazırda Kataloniya bölgəsindəki anbarlarda suyun səviyyəsi rekord həddə – 19 faziə düşüb. Bu səbəbdən də regional hakimiyyət su istehlakını məhdudlaşdırmalı olub.
Beləliklə, bütün peşəkar idmançılar və idman zalı ziyarətçiləri evdə yuyunmalı olacaqlar.
Qeyd edək ki, “Barselona” La Liqanın son qalibi, “Jirona” isə hazırki liderdir.
Follow @7timesaz