İdman

“Barselona” Messini qaytara bilmək üçün böyük sponsorlar axtarır

“Barselona” Messini qaytara bilmək üçün böyük sponsorlar axtarırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya “Barselona”sı cari mövsümün sonunda Fransanın PSJ komandası ilə müqaviləsi başa çatacaq Lionel Messinin qayıdışını maliyyələşdirmək üçün böyük sponsorlar axtarır.

“Report”un məlumatına görə, bu barədə ispaniyalı jurnalist Jerar Romero özünün tviter səhifəsində paylaşım edib.

O bildirib ki, klub rəhbərliyi argentinalı superulduzun geri dönməsinə maliyyə baxımından kömək edəcək əsas investorlarla müqavilələr üzərində işləyir.

İddiaya görə, sponsor tapılmasa, maliyyə problemləri yaşayan Kataloniya təmsilçisi praktiki olaraq bu keçidi reallaşdıra bilməyəcək. Həm Messi, həm də “Barselona” rəhbərliyi transferin baş tutacağı ilə bağlı nikbindir.

Xatırladaq ki, Lionel Messi 2021-ci ilin avqustunda PSJ-yə keçib. 36 yaşlı hücumçu bu mövsüm Fransa çempionatında 23 matçda 13 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.