İdman

“Barselona”nı layiq olduğu yerə gətirmək üçün hər şeyi edəcəyəm”

“Barselona”nı layiq olduğu yerə gətirmək üçün hər şeyi edəcəyəm”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın yeni hücumçusu Ferran Torres transfer ilə bağlı açıqlama verib.

7Times.az Qol.az-a istinadən “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, Kataloniya təmsilçisinə transferin arzusu olduğunu deyib: “Barselona”nın necə klub olduğunu, böyüklüyünü bilirik. Bu klubu layiq olduğu yerə gətirmək üçün hər şeyi edəcəyəm.

Oynamağa hazıram, zədəmi praktiki olaraq sağaltmışam. Ümid edirəm ki, tezliklə bütün “Barselona” azarkeşlərini sevindirə biləcəyəm”.

Qeyd edək ki, 21 yaşlı Torres bu ay “Mançester Siti”dən 55 milyon avroya “Barselona”ya keçib.