İdman

“Barselona”nın futbolçusu müqaviləsinə xitam verilməsini xahiş edəcək – SƏBƏB

“Barselona”nın futbolçusu müqaviləsinə xitam verilməsini xahiş edəcək – SƏBƏBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının “Barselona”nın futbolçusunu heyətinə qatmağa yaxındır.

7Times.az -ın “Sport.es”ə istinadən məlumatına görə, bu, yarımmüdafiəçi Frank Kessyedir.

Mənbə Kessyenin Kataloniya klubunun rəhbərliyindən müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsini istəyəcəyini bildirib. Ərəblərin 26 yaşlı oyunçu ilə razılığa gəldiyi və ona böyük məbləğdə pul vəd etdiyi açıqlanıb.

Kessye ötən ilin yayında “Milan”dan azad agent qismində ayrılaraq “Barselona”ya qoşulub. Ötən mövsüm “blauqrana”nın forması ilə bütün turnirlərdə 43 matça çıxan Fil Dişi Sahili millisinin üzvü 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun kataloniyalılarla olan müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.