İyulun 10-da “Mundo Deportivo” “Barselona”nın braziliyalı hücumçu Neymarı geri qaytarmaqdan imtina etməsinin səbəbləri barədə məlumat yayıb.
Lent.az bildirir ki, mənbənin sözlərinə görə, PSJ-nin hücumçusunun xidmətlərini onun agentləri Kataloniya klubuna təklif etsə də, “Barselona” rəhbərliyi Neymarın qaytarılmasının iqtisadi cəhətdən sərfəli olmayacağına qərar verib. Bundan başqa, braziliyalının komandada olması soyunub-geyinmə otağında çətinliklərə səbəb ola bilər.
Xatırladaq ki, 31 yaşlı braziliyalı hücumçu 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. 2017-ci ilin yayında PSJ Neymarın transferi üçün 222 milyon avro ödəmişdi. Bu, hələ də futbol tarixində ən bahalı transferdir.
Follow @7timesaz