Portuqaliya millisinin sabiq futbolçusu Deku İspaniyanın “Barselona” klubunun idman direktoru təyin olunub.
“Report” Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Deku 2004-2008-ci illərdə “Barselona”da çıxış edib. O, komanda ilə iki dəfə İspaniya çempionu olub və bir dəfə UEFA Çempionlar Liqasını qazanıb.
Follow @7timesaz